Əliyev oynadı, komandası səfərdə uduzdu

09:34 - 12 Sentyabr 2024

Albaniya çempionatında 4-cü turun matçları keçirilir.

Sportal.az xəbər verir ki, Zamiq Əliyevin formasını geyindiyi "Eqnatiya" səfərdə "Vlajniya" ilə üz-üzə gəlib.

Əliyevin komandası rəqibinə 1:3 hesabı ilə uduzub.

Azərbaycanlı futbolçu meydana start heyətində buraxılıb və sona qədər oynayıb.

"Eqnatiya" 7 xalla 2-ci pillədədir. 

Xəbər xətti