"Real" ispaniyalı müdafiəçini transfer etməyi planlaşdırır

09:49 - 12 Sentyabr 2024

"Real" "Valensiya"nın müdafiəçisi Kristian Moskera üçün hərəkətə keçib.

Sportal.az "Marca"ya istinadən xəbər verir ki, "kral klubu" David Alaba və Eder Militaonun zədələnməsindən sonra müdafiə xəttinə yeni oyunçu cəlb etməyi planlaşdırır.

İspaniya nəhənginin istədiyi futbolçu Moskeradır.

20 yaşlı müdafiəçinin "Valensiya" ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir. "Yarasalar" onu satmağa da hazırdır. İspaniyalı 2021-ci ildən "Valensiya"nın əsas komandasında oynayır.

Xəbər xətti