"Qalatasaray"ın istədiyi ispaniyalı Braziliya klubuna keçə bilər

10:49 - 12 Sentyabr 2024

İspaniya millisinin sabiq üzvü Serxio Ramosa "Qalatasaray"dan savayı daha bir klubdan təklif gəlib.

Sportal.az "AS" nəşrinə istinadən xəbər verir ki, təcrübəli futbolçu Braziliyaya yollana bilər.

Ona "Botafoqo" təklif göndərib.

Hazırda tərəflər arasında danışıqlar aparılır. Lakin Braziliya klubu hələ ki, 38 yaşlı futbolçunun şərtlərini qarşılaya bilməyib.

Ramos "Sevilya", "Real", PSJ klublarında oynayıb.

Xəbər xətti