Bu gün minifutbol üzrə Azərbaycanın U-23 yığması Xorvatiyanın Malıy Loşin şəhərində təşkil olunan dünya çempionatında növbəti görüşünü keçirəcək.
Sportal.az xəbər verir ki, Rəcəb Fərəczadənin rəhbərlik etdiyi kollektiv yarımfinalda Çexiya ilə üz-üzə gələcək.
Qarşılaşmaya Bakı vaxtı ilə saat 11:30-da start veriləcək.
Qeyd edək ki, millimiz qrupda Çexiyaya 0:2 hesabı ilə məğlub olmuşdu.
saytlarin hazirlanmasi