"Mançester Yunayted"in qapıçısı Andre Onana Premyer Liqada ən yaxşı qapıçılardan biri sayılır.
Sportal.az xəbər verir ki, qapıya vurulan zərbələrə əsaslanan "gözlənilən qollar" (xG) modelinə görə, o, son iki mövsüm ərzində 7,5 qolu xilas edib.
"Opta Sports"un məlumatına əsasən, "Mançester Yunayted"in qapıçısı bu müddət ərzində 104,5 qol buraxmalı idi, lakin cəmi 97-ni buraxıb. Bu da onun rəqiblərin real qol epizodlarının qarşısını necə effektiv aldığını göstərir.
Bu göstəricidə yalnız Evertonun qapıçısı Cordan Pikford Onananı qabaqlayır. O, 8,7 qolun qarşısını alıb.
saytlarin hazirlanmasi