“Barselona”nın hücumçusu Robert Levandovski Çempionlar Liqasının 1/4 finalında "Borussiya"(Dortmund) ilə ilk oyunda (4:0) iki qol vurub.
Sportal.az xəbər verir ki, polşalı futbolçu turnir tarixində üç fərqli komandanın heyətində bir mövsümdə 10 qol vuran ilk futbolçu olub: “Borussia”(Dortmund), “Bavariya” və “Barselona”.
Ümumilikdə forvard cari mövsümdə Çempionlar Liqasında 11 qola imza atıb.
Levandovski 2022-ci il iyulun 19-dan "Barselona"da çıxış edir və onun müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.