"Traktor" çempionluğa bir addım da yaxınlaşdı

19:35 - 18 Aprel 2025

Futbol üzrə İran çempionatında 27-ci turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, bu gün lider "Traktor" doğma meydanda "Malavan"ı qəbul edib. Qarşılaşma Təbriz təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 58-ə yüksəldən "Traktor" liderliyini davam etdirir. 2-ci pillədə olan "Sepahan"ın 56 xalı var. "Qırmızı Qurdlar" rəqiblərindən 1 oyun az keçirib.

Qeyd edək ki, İran çempionatında mövsümün bitməsinə 3 tur qalıb.

Xəbər xətti