"Real" qapıçı Tibo Kurtuanı daha bir neçə il komandada saxlamağı planlaşdırır.
Sportal.az xəbər verir ki, La Liqa nəhəngi belçikalı qolkiperin müqaviləsinin müddətini uzadacaq. Bu barədə "Marca" nəşri məlumat yayıb.
"Kral klubu" artıq Kurtua ilə razılıq əldə edib. Yaxın günlərdə təcrübəli "əlcək sahibi" ilə 2028-ci ilin yayına kimi nəzərdə tutulan sözləşmə imzalanacaq.
Qeyd edək ki, "Real" Tibo Kurtuanı 2018-ci ildə "Çelsi"dən transfer edib. Belçika millisinin üzvü bu mövsüm Madrid təmsilçisinin heyətində 7 rəsmi matçda meydana çıxıb.
saytlarin hazirlanmasi