Polşa millisinin üzvü Metti Keş "Aston Villa"da qalıb.
Sportal.az xəbər verir ki, bu barədə Birmingem klubunun mətbuat xidməti məlumat yayıb.
29 yaşlı futbolçunun müqavilə müddəti 2029-cu il iyunun 30-na qədər artırılıb.
2020-ci ilin sentyabrında "Nottingem Forest"dən “Aston Villa”ya keçmiş müdafiəçi hazırkı komandasında 200-ə yaxın oyun keçirib.
Transfer dəyəri 25 milyon avro olan Keşin yayda “Mançester Yunayted”ə keçəcəyi iddia edilirdi. Lakin o, Birmingemdə qalmağa üstünlük verib.
