Azərbaycan Kubokunda II təsnifat mərhələsinə bu gün yekun vurulacaq.
Sportal.az xəbər verir ki, ikinci oyun günündə də altı qarşılaşma keçiriləcək.
Bununla 1/8 finalın qalan 6 iştirakçısı məlum olacaq.
Xatırladaq ki, dünən "Turan Tovuz", "Kəpəz", "Karvan-Yevlax", "İmişli", "Şəfa" və "Baku Sportinq" 3-cü mərhələyə vəsiqə əldə ediblər.
Azərbaycan Kuboku. 2-ci təsnifat mərhələsi
29 oktyabr (çərşənbə)
“Şimal” - “Şahdağ Qusar” 0:2
Hakimlər: Kamran Əliyev, Asiman Əzizli, Elman Kərimov, Ruslan Quliyev
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Kifayət Mustafayeva
Şamaxı OİK stadionu, 14:00
“Xankəndi” - “Difai” 1:2
Hakimlər: Nicat İsmayıllı, Tərlan Talıbzadə, Rasim Axundov, Kamil Aydınov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Nəriman Axundov
Ağsu şəhər stadionu, 14:00
“Zaqatala” - “Sumqayıt” 0:3
Hakimlər: Rauf Cabarov, Kamran Bayramov, Səbuhi Soltanov, Murad Səlimov
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Namiq Əliyev
Zaqatala OİK stadionu, 14:00
“Qəbələ” - “Mingəçevir” 5:1
Hakimlər: İslam Məmmədov, Müslüm Əliyev, Aydın Bəxşiyev, Ceyhun Hüseynov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Eldar Məmmədov
Qəbələ şəhər stadionu, 16:00
“Səbail” - “Şamaxı” 0:1
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Kərim Zeynalov, Şamil İmanzadə
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov
“ASCO Arena”, 16:00 (canlı / “CBC Sport”)
“Neftçi” - MOİK 3:1 (Birinci hissə)
Qollar: Vensan Abubakar, 8, , 42, Nihad Qurbanlı, 27 (avtoqol) - Elmar Məmmədov, 45+1
Hakimlər: Vüqar Həsənli, Eyyub İbrahimov, Elmin Süleymanov, Alik Yunusov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Elgiz Abbasov
“Palms Sports Arena”, 19:00 (canlı / “CBC Sport”)
