"Turan Tovuz"un futbolçusu: "Allah qoysa, avrokuboklarda sürpriz komanda olarıq"

14:22 - 20 May 2026

"Şamaxı"ya qarşı oyunun çətin olacağını bilirdik. Bu komandaya qarşı bütün matçlar çətin alınıb. Səfər görüşünə də qələbə üçün çıxmışdıq. Təəssüf ki, bunu edə bilmədik. Avrokuboklara vəsiqəni təmin etməyimizin buna heç bir təsiri yox idi. Çünki hər oyuna qələbə üçün çıxırıq. Sadəcə qolları tez buraxdıq. Bu da öz təsirini göstərdi. Üstəlik, içi mən qarışıq komanda yoldaşlarım da hakimlərə çox etiraz etdik. Bu da oyunumuza təsirini göstərdi".

Bu sözləri “Turan Tovuz” un futbolçusu Xəyal Nəcəfov Sportal.az saytına açıqlama verib.  

O, Konfrans Liqasında çıxış edəcək komandasından gözləntilər haqda da danışıb:

"Allah qoysa, avrokuboklarda sürpriz komanda olarıq. İkinci təsnifat mərhələsindən başlamağımız bir tərəfdən də yaxşı oldu. Hər bir oyuna qələbə üçün çıxacağıq. Hazırlaşacağıq. Əlimizdən gələni edəcəyimiz dəqiqdir".

Mirbağırağa

Xəbər xətti