Nuri Şahinin oğlu "Borussiya"nın məşqində FOTO

16:30 - 2 Avqust 2013

Məşqə gələn balaca qonaq
 
Almaniya superkubokunun finalında “Bavariya”nı 4:2 hesabı ilə məğlub edən “Borussiya”nın düşərgəsini sürpriz bir qonaq ziyarət edib.
 
Sportal.az xəbər verir ki, yeni mövsümə hazırlaşan komandaya Nuri Şahinin balaca oğlu Ömər baş çəkib. 22 aylıq Ömər “Borussiya”nın baş məşqçisi Yurgen Kloppun da diqqətindən yayınmayıb və o, uşağı qucağına alaraq məşqi izləyib. Bu da alman mətbuatında “Klopp əmi” başlığı ilə yer alıb. 
 
Məşqdə diqqət çəkən digər bir şey isə uşağın Marko Roysun formasını geyinməsi olub. Məsələ ilə bağlı danışan Nuri Şahin bunları deyib:
 
“Formam onun bədənində deyil. Evdə də kifayət qədər forma var. Həyat yoldaşım da bu futbolkanı geyindirib”. 
 
 

Xəbər xətti