Almaniya çempionatı: Son çempion mövsümə qələbə ilə başladı VİDEO

01:57 - 10 Avqust 2013

"Bavariya" rəqibinə şans tanımadı

 

Bu gün Almaniya Bundesliqası start götürüb. Sportal.az xəbər verir ki, mövsümün ilk görüşündə son çempion "Bavariya" doğma meydanında "Borussiya Münxengladbax"ı qonaq edib. Oyuna sürətli başlayan ev sahibi rəqibini 3:1 hesabı ilə məğlub edərək, çempionata qələbə ilə başlayıb.

Qeyd edək ki, "Bavariya" Almaniya Bundesliqasında 26 oyundur ki, məğlubedilməzdir.

 

"Bavariya" - "Borussiya Münxengladbax" 3:1

 

Qollar: Robben,12, Mandzukiç,16, Alaba(p),67 - Dante(öq),42

Xəbər xətti