"Ştutqart"ın baş məşqçisi istefaya göndərildi
Almaniyanın "Ştutqart" klubunun rəhbərliyi baş məşqçi Bruno Labbadiyanı istefaya göndərib.
Sportal.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat verib. İstefanın səbəbi komandanın mövsümə yaxşı başlamamasıdır. "Ştutqart" ilk 3 turun bütün oyunlarında məğlub olub. Dünən keçirilən "Ausburq"la görüşdə 1-2 hesablı məğlubiyyətdən sonra rəhbərliyin səbr kasası dolub.
Labbadiya 2010-cu ilin dekabrında "Ştutqart"a rəhbərlik edirdi. Həmin mövsüm o komandanı Bundesliqada saxlaya bilmişdi. Ötən mövsüm isə "Ştutqart" kubokun finalında "Bavariya"ya məğlub olmuşdu.
saytlarin hazirlanmasi