"Bakı"dan 5 cavabsız qol

12:47 - 5 Sentyabr 2013

Komanda "Lokomotiv"i meydana çıxmağa peşman etdi
 
"Xəzər Lənkaran"la oyuna hazırlaşan "Bakı" yoldaşlıq oyununda qüvvəsini sınayıb.
 
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda "Lokomotiv"lə oynayıb və rəqibi üzərində 5:0 hesablı qələbə qazanıb. "Bakı"nın heyətində Şoliç dubl etdi, Elvin Məmmədov, Horvat və Noqeyra isə hərəyə bir dəfə fərqləndilər.
 
Qeyd edək ki, komanda Premyer Liqanın növbəti turuna hazırlıqlarını sabah keçiriləcək məşqlərlə davam edəcək. 

Xəbər xətti