"Bakı"nın futbolçuları komandalarına kömək edə bilmədi

14:11 - 7 Sentyabr 2013

Kalonas 86, Çesnauski isə 40 dəqiqə oynadı
 
Litva yığması DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirib.
 
Sportal.az xəbər verir ki, sözügedən komanda səfərdə Latviyanın qonağı olub.
 
Qarşılaşma 2:1 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.
 
Litvalıların heyətində Premyer Liqada çıxış edən iki futbolçu da bu oyunun iştirakçısı olub. Bunlar “Bakı”da top qovan Mindauqas Kalonasla Deyvidas Çesnauskidi. Kalonas 86 dəqiqə meydanda olub. Çesnauski isə 50-ci dəqiqədə oyuna qoşulub.

Xəbər xətti