"Bakı" "Lans"a məğlub oldu VİDEO

11:39 - 11 Sentyabr 2013

Lansda 6-cı gün
 
"Bakı" U-15 komandasının Fransada təlim-məşq toplanışı davam edir.
 
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, dünən futbolçular və "Lans"-ın A komandasının oyunçuları ilə görüş keçirildi. Baş məşqçi Antuan Kambuarenin də iştirak etdiyi görüştə fransa klubunun oyunçuları bizim gənc futbolçulara dəyərli məsləhətlər verdi. Klubun nümayəndələri keçirilmiş görüşdən xoş təəssürat və böyük ümidlərlə ayrılıblar.
 
Tədbirdən sonra futbolçular "Lans" klubunun U-15 komandası ilə yoldaşlıq oyunu keçirdi. Maraqlı idman mübarizəsi şəraitində keçən oyun 1:0 hesabı ilə Fransa klubunun qələbəsi ilə başa çatdı.  
 

Xəbər xətti