Lansda görüş
Ötən gün "Lans" klubunun prezidenti Jerve Martel, Azərbaycanın Fransadakı fövqəladə və səlahiyyətli səfiri Elçin Əmirbəyov və Lans şəhərinin meri Rober Silveynin iştirakı ilə "Lans" Futbol Klubunun akademiyasında təlim-məşq toplanışında olan "Bakı" U-15 komandasıyla görüş keçirilib.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, klub prezidenti Jerve Martel tədbir iştirakçılarını salamlayaraq "Bakı" klubunun aşağı yaş qrupu üzrə komandasını Lansda görməyinə şad olduğunu bildirib. Səfir Elçin Əmirbəyov isə klublar arasında olan əməkdaşlığı yüksək qiymətləndirərək bunun hər iki ölkə üçün vacib olduğunu vurğulayıb.
saytlarin hazirlanmasi