Milinko Pantiç: "Xəzər Lənkəran" ancaq çempionluq barədə düşünə bilər"

12:00 - 13 Sentyabr 2013

"Lənkəranlıların əlavə üstünlüyü onların möhtəşəm azarkeşləridir"
 
“Xəzər Lənkəran” Azərbaycanın iddialı klublarından sayılır, Con Toşak isə dünya səviyyəli bir mütəxəssisdir”. Sportal.az xəbər verir ki, bunu “Bakı”nın baş məşqçisi Milinko Pantiç deyib.

Serbiyalı mütəxəssis Topaz Premyer Liqasının VI turu çərçivəsində qarşılaşacaqları “Xəzər Lənkəran”la oyun barədə danışıb. 

O, klubunun saytına bildirib ki, səfərdən yaxşı nəticə ilə dönmək arzusundadırlar: “Təbii ki, belə güclü məşqçi və futbolçulara malik olan “Xəzər Lənkəran” ancaq çempionluq barədə düşünə bilər. Lənkəranlıların əlavə üstünlüyü onların möhtəşəm azarkeşləridir. Fikrimcə, onlar matçın favoritidir. Buna baxmayaraq, biz çalışacağıq ki, Bakıya yaxşı nəticə ilə dönək”. 

Qeyd edək ki, “Xəzər Lənkəran” – “Bakı” matçı sabah saat 19:00-da Lənkəran şəhər stadionunda baş tutacaq.
 

Xəbər xətti