"Bakı" "Xəzər Lənkəran"la oyuna ciddi hazırlaşır

15:31 - 13 Sentyabr 2013

Aqil Məmmədov və Vuqar Mustafayev komandadan ayrı çalışıblar
 
"Bakı" "Xəzər Lənkəran"la oyuna hazırlıqlarını bu gün səhər vaxtlarında keçirdiyi məşqlə davam edib.
 
Sportal.az xəbər verir ki, "Bakı"nın baş məşqçi Milinko Pantiçin rəhbərliyi ilə kluba məxsus olan təlim-məşq bazasında 1,5 saat davam edən məşq keçirilib. Fiziki və taktiki təmrinlərdən ibarət olan hazırlıq isinmə hərəkətləri ilə başlayıb. Aqil Məmmədov və Vuqar Mustafayev komandadan ayrı çalışıblar.
 
Premyer Liqanın VI turu cərçivəsində keçiriləcək "Xəzər Lənkəran" - "Bakı" matçı 14 sentyabr saat 19:00-da Lənkəran şəhər stadionunda oynanılacaq

Xəbər xətti