"Rəvan"da yeni təyinat

12:50 - 14 Sentyabr 2013

Füzuli Əliyev idman direktoru vəzifəsinə təyin edildi

 

Bu gün "Rəvan”da klubdaxili iclas keçirilib.

 

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, rəhbərlik komandanın idarəetməsini gücləndirmək üçün Füzuli Əliyevi idman direktoru vəzifəsinə təyin edib. Futbol veteranı bu gündən rəsmən vəzifəsinin icrasına başlayıb. Bir neçə il öncə "Muğan”da icraçı direktor postunda çalışmış Füzuli bəyin ötənlərin məşhur futbolçusu olduğunu da qeyd edək. 

Xəbər xətti