Pantiç: "Mən Hafiz Məmmədovun qarşısında məsuliyyət daşıyıram"

18:31 - 16 Sentyabr 2013

"Yerli insanlarda bizə qarşı qorxu var"
 
"Bakı"nın baş məşqçisi Milinko Pantiç İspaniya mətbuatına açıqlama verib.
 
Sportal.az xəbər verir ki, "Mundodeportivo"ya danışan tanınmış mütəxəssis Azərbaycan klubundakı işi ilə bağlı fikirlərini bölüşüb:
 
"Mənim üçün belə uzaq ölkədə işləmək vacib idi. Həm Migel Anxel Gil Marin, həm də Hafiz Məmmədovun qarşısında məsuliyyət daşıyıram. Ümid edirəm ki, qarşıma qoyulan vəzifələri həyata keçirməyə gücüm çatacaq. Başlanğıc elə də asan olmadı. Ancaq bu, həyat yoldaşım və 2 qızımdan ayrılmağımla bağlı deyildi. "Bakı"da görüləsi çox iş var idi və mənə çoxlu vaxt lazımıydı".
 
"Zolaqlılar"ın çalışdırıcısı komandadakı problemlərdən də bəhs edib:
 
"3 futbolçu mütləq alınmalıydı. Onlardan ikisi arxa xətt oyunçularıydı. Çünki komanda müdafiəçisiz idi. Yerli insanlarda bizə qarşı qorxu var. Çünki iş üslubumuza bələd deyillər. İlk iki turdan sonra futbolçular deyirdilər ki, mövsümə belə pis başlamamışdıq. Qorxurdular".

Xəbər xətti