Pantiç: "İnter"ə qarşı ciddi hazırlaşırıq, ən azından ona görə ki,.."

15:44 - 19 Sentyabr 2013

"Bakı"nın üç futbolçusu komandadan ayrı çalışıb

 

"Bakı" "İnter"lə oyuna hazırlıqlarını davam etdirir.



Sportal.az xəbər verir ki, baş məşqçi Milinko Pantiçin rəhbərliyi altında kluba məxsus olan təlim-məşq bazasında 1,5 saat davam edən məşq keçirib.

Fiziki və taktiki təmrinlərdən ibarət olan məşq isinmə hərəkətləri ilə başlayıb. Hazırlıq qapıya zərbələrlə bitib. Elvin Әliyev və Vüqar Mustafayev zədəli olduqlarından məşqdə iştirak etməyiblər. Mario Alvarez, Ruben Martinez və Mario Horvat komandadan ayrı çalışıblar. Milinko Pantiç "İnter"lə qarşıdakı oyunla bağlı fikirlərini açıqlayıb: “Bu oyun bizim üçün çox vacibdir. "İnter"in turnir cədvəlində tutduğu yerə baxmayaraq bu komandaya qarşı ciddi hazırlaşırıq, ən azından ona görə ki, bu bir Bakı derbisidir".

Xatırladaq ki, Premyer Liqanın 7-ci turu cərçivəsində keçiriləcək "İnter" - "Bakı" oyunu setyabrın 21-də saat 17:00-da "Şəfa" stadionunda baş tutacaq.

Xəbər xətti