Fransanın ölkəmizdəki səfiri "Bakı"nın bazasında VİDEO

11:11 - 21 Sentyabr 2013

"Ateltiko"nun əməkdaşları da klubun qonağı olub
 
"Bakı”nın “Lans”la əməkdaşlığı yeni üfüqlər açmaqdadı.
 
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, artıq hər iki ölkə arasında olan münasibətlər Fransanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Paskal Mönyenin də diqqət mərkəzindədi. Belə ki, cənab Mönye dünən “Bakı” futbol klubunun təlim-məşq bazasının qonağı olub. Səfir ilk növbədə burda yeniyetmə və gənc futbolçulara yaradılmış şəraitlə tanış olub, ümummilli lider Heydər Əliyevə həsr olunmuş guşəyə baş çəkərək, “Bakı”nın üzvləri ilə görüşüb. 
 
Dünən həmçinin Madrid “Atletiko”sunun baş direktoru Migel Anxel Xil Marin və Marketinq, Korporativ Əlaqələr və Beynəlxalq Layihələr üzrə baş meneceri Emilyo Qutyerres Bolloza da klubun qonağı olub. Daha sonra “Bakı”nın texniki heyəti və rəsmi şəxsləri ilə şəkil çəkdirən qonaqlar “zolaqlılar”ın prezidenti Hafiz Məmmədovla görüşüblər. 
 
Cənab Mönye ziyarət zamanı “Bakı” və “Lans”ın əməkdaşlığının iki ölkə üçün vacibliyini vurğulayıb. Öz növbəsində Xil Marin də Madrid “Atletiko”su ilə işbirliyinin İspaniya və Azərbaycanın həm siyasi, həm iqtisadi, həm də idman əlaqələrinin inkişafında müstəsna rol oynadığını diqqətə çatdırıb. 
 
Ardından Hafiz bəy qonaqlara təşəkkürünü bildirərək, Fransa və İspaniya ilə yaradılmış çoxşaxəli əlaqələri daha da inkişaf etdirmək istəyi haqda məlumat verib. Azərbaycanda futbolun inkişafında ölkə prezidenti cənab İlham Əliyevin böyük rolunu xüsusi vurğulayan Məmmədov səfirə “Bakı”nın tarixi nailiyyətlərindən və infrastruktur quruculuğundan da danışıb. Görüşün sonunda Hafiz bəy cənab Mönyeyə “Bakı”nın formasını hədiyyə edib. 
 
Həmin tədbirdən hazırlanan videomaterialı təqdim edirik. 
 

Xəbər xətti