"Mənim üçün bu heç-heçə məğlubiyyətə bərabərdir"

20:49 - 21 Sentyabr 2013

Pantiç: "İtirdiyimiz xalları qarşıdakı oyunlarda bərpa etməyə çalışacağıq"
 
“Rəqib oyuna üç mərkəz müdafiəçi ilə başlamışdı. Oyuna tam nəzarət edirdik, erkən qol vurduq. Müdafiədə buraxdığımız bir səhv qapımıza qolla nəticələndi".
 
Sportal.az xəbər verir ki, bu sözləri "Bakı"nın baş məşqçisi Milinko Pantiç deyib. Serb məşqçi oyun barədə fikirlərini belə tamamlayıb:
 
"Yenidən hesabda irəli çıxsaq da, oyunun sonlarına yaxın qapımızdan ikinci qolu buraxdıq. Qalib gələ bilərdik, qol imkanlarımız çox oldu. Mənim üçün bu heç-heçə məğlubiyyətə bərabərdir. İki xal itirdiyimizi düşünürəm. İtirdiyimiz xalları qarşıdakı oyunlarda bərpa etməyə çalışacağıq”.

Xəbər xətti