Aquero: "Qvardiola mənim nəyə ehtiyacım olduğunu bilir"

00:54 - 3 Noyabr 2016

“Mançester Siti”nin hücumçusu Serxio Aquero komandanın baş məşqçisi Xosep Qvardiolanın məşqlərinin onu inkişaf etdirdiyi bildirib.

 

Sportal.az xəbər verir ki, argentinalı forvard bu barədə İngiltərə mətbuatına açıqlamasında söyləyib:


“Hər məşqçinin qərarına hörmət edirəm. Oyuna daxil olanda bacardığımın ən yaxşısını nümayiş etdirməyə çalışıram, sonra isə növbəti oyunlar motivasiya oluram. Qvardiolaya gəldikdə isə, o mənim nəyə ehtiyacım olduğunu bilir. Hər oyun isə mənə müxtəlif şeylər öyrədir və təcrübə qazanmağıma yardımçı olur”. 

 

 28 yaşlı oyunçu  “Barselona” ilə oyun haqqında da fikirlərini bölüşüb:

 

 “Təbii ki, rəqibimiz çox çətin komanda idi. Əgər onlara düşünmək üçün zaman versəydik, mütləq məğlub olacağdıq. Biz müdafiəni nəzarətdə saxlayıb, hücuma keçirdik. Qalib biz olsaq da, “Barselona”ya da hörmət etməlisiz”. 

Xəbər xətti