İngiltərə Futbol Federasiyasının İntizam Komitəsi "Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyonu cəzalandırıb.
Sportal.az xəbər verir ki, portuqaliyalı mütəxəssis İngiltərə Premyer Liqasının növbəti turunun oyununda komandasına tribunadan göstəriş verməli olacaq.
Buna səbəb isə 53 yaşlı çalışdırıcının hakimə etiraz etməsidi. Belə ki, Mourinyo İngiltərə Premyer Liqasının son turunda "Bernli” ilə matçda hakimə etiraz etmişdi. O, oyunun 48-ci dəqiqəsində Darmianın yerə yıxıldığı epizodda hakimdən penalti tələb etmişdi. Oyunun ədalət təmsilçisi isə cavab olaraq portuqaliyalı mütəxəssisi texniki zonadan qovub.
Qeyd edək ki, "Mançester Yunayted” növbəti turunda səfərdə "Suonsi”nin qonağı olacaq.