Ulduz futbolçuya silahlı hücum

14:14 - 3 Noyabr 2016

İngiltərə Premyer Liqasınnda mübarizə aparan “Vest Hem” klubunun aparıcı futbolçusu Endi Kerrollun başına xoşagəlməz hadisə gəlib.

 

Sportal.az xəbər verir ki, hücumçu ötən gün komandanın məşqindən qayıdarkən silahlıların hücumuna məruz qalıb. 

 

Belə ki, yolla gedən zaman iki motesikletçi futbolçuya avtomobilini saxlamaq əmri verib. Ancaq 27 yaşlı futbolçu avtomobili ilə motosikletləri zərərsizləşdirməyi bacarıb. Silahlılar onun avtomobilinə bir neçə atəş açıblar. Polis baş verən hadisə ilə bağlı araşdırmalara başlayıb. 

 

Qeyd edək ki, hadisə zamanı Kerroll avtomobilini sürətlə idarə edib. Hadisə zamanı heç bir yol qəzası qeydə alınmayıb.

Xəbər xətti