Meydana partlayıcı maddə atıldı, oyun təxirə salındı VİDEO

02:12 - 4 Dekabr 2016

Fransa Liqasının 16-cı turunda keçirilən “Metz” – “Lion” oyunu yarımçıq dayandırılıb.

 

Sportal.az xəbər verir ki, buna səbəb azarkeşlərin meydançaya yad əşyalar atması olub. Görüşün 30-cu dəqiqəsində qonaqların zədələnən qapıçısı Antoni Lopesə tibbi yardım göstərilərkən yerli azarkeşlər həkimlər və qapıçıya tərəf partlayıcı maddə atıb. Həkimlərdən biri və qapıçı xəsarət alıb. Buna görə də hakim oyunu yarımçıq dayandırıb.

 

Qeyd edək ki, təxirə salınan oyunda meydan sahibləri 1:0 hesabı ilə öndə olub.

 

Xəbər xətti