"Nitsa"nın forvardı Mario Balotelli növbəti açıqlaması ilə gündəmə damğa vurub.
Sportal.az xəbər verir ki, italiyalı futbolçu sabiq klubu "Liverpul"a bir daha qayıtmayacağını açıqlayıb:
"Əgər bir gün İngiltərəyə geri qayıtsam, bu "Liverpul"a görə olmayacaq. Çünki orada özümü çox pis hiss edirəm və istədiyim performans alınmır. Komanda yaxşıdır, azarkeşlər isə heyranedicidir. Lakin heç vaxt ora qayıtmayacam. İngiltərə Premyer liqasında ilk olaraq "Mançester Sit"ini, ikinci isə "Arsenal"ı xoşlayıram. Lakin bu o demək deyil ki, həmin klublarda oynayacam. Sadəcə, xoşlayıram".
Balotelli daha sonra "Qızıl top"u qazana biləcəyini deyib:
"Zədəsiz mövsüm keçirsəm və oyunlara köklənsəm, "Qızıl top"u qazanaram".
Qeyd edək ki, 26 yaşlı futbolçu yayda "Liverpul"dan "Nitsa"ya keçib.
saytlarin hazirlanmasi