Fransanın "Nitsa" klubunun hücumçusu Mario Balotelli cəzalandırılıb.
Sportal.az xəbər verir ki, buna səbəb İtaliya millsinin üzvünün hakimi söyməsi olub. Belə ki, Liqa 1-in 26-cı turunda "Loryan”lə səfər qarşılaşmada hakimi təhqir edən forvard cari mövsümdə 3-cü dəfə meydandan qovulub. Federasiyası bu hərəkətinə görə, 26 yaşlı oyunçunu 2 oyunluq diskvalifikasiya edib.
Qeyd edək ki, Mario Balotelli bu mövsüm "Nitsa"nın heyətində meydana çıxdığı 19 oyunda 11 qola imza atıb.
saytlarin hazirlanmasi