“Nitsa” klubunun futbolçusu Mario Balotelli Fransa 1-ci liqasında “Loryan”la matç zamanı hakimi təhqir etdiyi üçün 2 oyunluq cəzalandırılıb.
Sportal.az xəbər verir ki, bu barədə ulduz futbolçunun agenti Mino Rayola danışıb:
“Mən artıq bunun üçün bir nəticə tapmağa çalışıram. Marionun dilini kəsmək lazımdır. Futbol oynamaq üçün dil lazım deyil, biz onu kəsə bilərik. Ancaq ciddi olaraq qeyd edirəm ki, o elədiyi səhvinə görə peşmandır. Heç bir bəhanə buna səbəb ola bilməz. O, özü və komandası üçün məyusdur. Qarşıda azarkeşləri və komandanı 3 vacib ay gözləyir. Gələcək haqqında danışmaq üçün isə kifayət qədər zaman var” .
Qeyd edək ki, ötən ilin avqustunda Mario Balotelli “Nitsa” ilə 1 illik müqavilə imzalamışdı.
saytlarin hazirlanmasi