Fransanın “Marsel” klubundan qovulan Lassana Diarra yerli mətbuata açıqlamasında gələcək karyerasından danışıb.
Sportal.az xəbər verir ki, Madridin “Real” klubunun sabiq üzvü özünü xəyanətə uğramış kimi hiss etdiyini deyib: “Baş verənlərdən sonra çox düşünürəm. Futboldan getmək? Bu da variantlardan biridir, amma yaxın vaxtlarda yekun qərar verəcəm. Hazırda Parisdəyəm, bir müddət istirahət etmək qərarına gəlmişəm. Özümü “Marsel” tərəfdən xəyanətə uğramış kimi hiss edirəm. Məni komandalardan birinə sata bilərdilər. Amma satmadılar və hazırda klubsuzam. “Marsel”ın bir parçası olmaq gözəl idi, lakin ayrılmaq istədiyimi demişdim. Maliyyə məsələlərini danışdıqdan sonra ayrılmağıma icazə verəcəklərini demişdilər. Ancaq bir gün sonra komandadan ayrıla bilməyəcəyimi dedilər”.
Qeyd edək ki, təcrübəli yarımmüdafiəçi karyerası ərzində “Çelsi”, “Arsenal” və “Real” kimi tanınmış komandalarda çıxış edib.
saytlarin hazirlanmasi