Payet "Vest Hem"dən ayrılması haqda: "Bu, məni əsəbiləşdirirdi"

14:22 - 10 Mart 2017

Qış transfer pəncərəsində "Vest Hem"dən ayrılaraq "Marsel"ə keçən Dimitri Payet ayrılıq səbəbini açıqlayıb.

 

Sportal.az xəbər verir ki, "L'Equipe" nəşrinə danışan Payet London klubunun baş məşqçisi Slaven Biliçin "çəkicdöyənlər"i müdafiə futbolu oynatmasından gileylənib:

 

"Vest Hem"də oynadığımız müdafiə futbolu məni əsəbiləşdirirdi. Mən hər zaman hücumameyilli, daha ürəkdən və yaradıcı futbol oynamaq istəyirdim. O cür sistemdə performansımı necə gözləyə bilərsiz? Məsələn, "Hall Siti"ni 1:0 məğlub etdiyimiz matçda hamı paltardəyişmə otağında xoşbəxt idi, amma rəqibin görüşdə 4 zərbəsi qapı dirəyinə dəymişdi. Belə aşağı səviyyədə çox oynaya bilməzdim".

 

Qeyd edək ki, 29 yaşlı yarımmüdafiəçi "Marsel"in heyətində Liqa 1-də keçirdiyi 6 oyunda 1 qol vurub.

 

Xəbər xətti