Ranyerinin yeni iş yeri bəlli olmaq üzrədir

12:25 - 20 Avqust 2018

Fransada mövsüm yeni start götürsə də, baş məşqçi Qustavo Poyetlə yolları ayrımağa qərar verən "Bordo"da yeni çalışdırıcı böyük ölçüdə bəlli olub.

 

Sportal.az xəbər verir ki, "Le Parisien" nəşri "Bordo"nun Tyerri Anri və Loran Blana təklif göndərdiyini yazıb. Lakin hər iki mütəxəssisdən müsbət cavab ala  bilməyib. Liqa 1 təmsilçisi son olaraq, Klaudio Ranyeri ilə təmasa keçib. Məlumata görə, ilk görüşdə hadisələr müsbət məcrada olub. İtaliyalı mütəxəssisin "Bordo"nun təklifini qəbul etdiyi qeyd edilib.

 

Qeyd edək ki, Ranyeri son olaraq, "Nant"ı çalışdırıb.

Xəbər xətti