"Ayaks"da yeni kapitan

00:21 - 6 Avqust 2019

Hollandiyanın "Ayaks" klubunun yeni kapitanı müəyyənləşib.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, Amsterdam təmsilçisinin yeni kapitanı serbiyalı futbolçu Duşan Tadiç olacaq.

 

Ötən mövsüm komandada kapitanlıq bazubəndini bu yay "Yuventus"a 75 milyon avro qarşılığında transfer olan 19 yaşlı hollandiyalı müdafiəçi Matteis de Liqt taxırdı.

 

Tadiç ötən ay "Ayaks"la müqaviləsini 2023-cü ilə qədər uzadıb. Müqavilədəki bəndə əsasən, serbiyalı futbolçu karyerasını başa vursa, 2026-cı ilə kimi komandanın məşqçilər korpusunda yer alacaq.

 

"Ayaks" 30 yaşlı futbolçunu ötən yay "Sauthempton"dan 11,4 milyon avroya transfer etmişdi.

Xəbər xətti