Aftandil Hacıyevin qayğıları durmadan artır

14:43 - 22 Noyabr 2019

Premyer Liqanın 12-ci turunda "Sabah"ı qəbul edəcək "Səbail"də ciddi itkilər var.

 

Sportal.az xəbər verir ki, komandanın baş məşqçisi Aftandil Hacıyev üç futbolçu - Maykl Essyen, Mirabdulla Abbasov və İqor Korotetskinin xidmətindən yararlanmayacaq. Onlar zədə səbəbindən qarşılaşmanın iştirakçısı olmayacaq. Sarı vərəqə limitini dolduran Ağabala Ramazanov da komandasına kömək etməyəcək. Zədəsini sağaldan Eriko da Silva isə bu matçda forma geyinə biləcək.

 

"Səbail" - "Sabah" oyunu noyabrın 23-ü "ASCO Arena"da baş tutacaq. Qarşılaşmaya 15:00-da start veriləcək.

Xəbər xətti