Madrid klubu Ben Arfanın transferini açıqladı

18:31 - 28 Yanvar 2020

Ötən mövsüm "Renn"dən ayrılandan sonra klubsuz qalan Hatem Ben Arfa karyerasını İspaniyada davam etdirəcək.

 

Sportal.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi "Valyadolid"ə keçib. Madrid klubu Ben Arfa ilə mövsümün sonuna qədər müqavilə imzalandığını açıqlayıb.

 

Fransa millisinin sabiq üzvü ötən mövsüm "Renn"də 41 oyuna 9 qol vurub, 6 assist edib.

 

Ben Arfa "Lion", "Marsel", "Nyukasl", "Hall Siti", "Nitsa", PSJ kimi klublarda çıxış edib.

Xəbər xətti