"Penaltilərədə futbolçulara inandım" - "Keşlə"yə yerini göstərən "Laçi"nin baş məşqçisi

Avropa Liqasının 1-ci təsnifat mərhələsində “Keşlə”ni mübarizədən kənarlaşdıran Albaniyanın “Laçi” klubunun baş məşqçisi Armando Kunqu açıqlama verib.

 

Sportal.az xəbər verir ki, 47 yaşlı mütəxəssis "Keşlə"ni məğlub etmələrindən danışıb:

 

“Hər təsnifat mərhələsindəki qələbə gözəldir, amma bunun xüsusi yeri var. 50-60 dəqiqə meydanda azlıqda mübarizə apardıq. İlk dəfə penaltilərə qalmışdım. Bəzən artıq hər şeyin bitdiyini düşünmüşdüm. Futbolçularımı qol buraxmamaqları üçün cəsarətləndirdim. Sonra onlarla ünsiyyət qurmaq üçün fürsətimiz oldu. Onlara penaltilərdə şansımızı gözləməyi tapşırdım. Penaltilərədə bu oğlanlara etibar elədim, inandım və onlar da möhkəm komanda olduğumuzu göstərdilər. Onlara dedim ki, qəhrəman olmaq üçün həmin gecə gəldi”.

 

“Laçi” əsas və əlavə vaxtı 0:0 hesabı ilə bitən matçda “Keşlə”ni penaltilərlə üstələyib – 5:4.

Tarix: 31 Avqust [11:30]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
26 Oktyabr 2020
25  Oktyabr 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio