Kamran yenə ehtiyatda qaldı

11:34 - 7 Mart 2021

Rusiya Premyer Liqasında 21-ci turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, Kamran Əliyevin formasını geyindiyi “Ximki” səfərdə “Rotor”la qarşılaşıb. Oyunda hesab açılmayıb.

 

Kamran sonadək ehtiyatda qalıb.

 

Azərbaycanın U-20 millisində oynamış 22 yaşlı hücumçu bu mövsüm Premyer Liqada 10 oyun keçirib, 1 qol vurub.

 

29 xalı olan “Ximki” 10-cu pillədə qərarlaşıb.

Xəbər xətti