Çempionlar Liqasında 1/4 finala start verildi

01:01 - 7 Aprel 2021

Çempionlar Liqasında 1/4 final mərhələsinə start verilib. İlk oyun günündə iki qarşılaşma keçirilib.

 

Sportal.az xəbər verir ki, “Mançester Siti” evdə Dortmund “Borussiya”sını qəbul edib. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

 

Günün digər matçı İspaniyada keçirilib. Madrid “Real”ı “Liverpul”la üz-üzə gəlib. "Kral klubu" rəqibini 3:1 hesabı ilə məğlub edib.

 

Çempionlar Liqası
1/4 final (ilk oyunlar)

 

23:00. "Real Madrid" - "Liverpul" (İngiltərə) - 3:1
Qollar:
Vinisius, 27, 65, Asensio, 36, - Salah, 51

 

23:00. "Mançester Siti" - "Borussiya" (Almaniya) - 2:1
Qollar:
De Bruyne, 19, Foden, 90 - Roys, 84

Xəbər xətti