"Soçi"nin futbolçusu: "Keşlə"yə qarşı ikinci oyunda da belə mübarizə aparacağıq"

13:39 - 23 İyul 2021

“Soçi”nin yarımmüdafiəçisi Joazinyo qarşıdakı oyunlarda komandasına kömək ola biləcək.

 

Sportal.az xəbər verir ki, ötən mövsüm Rusiya Premyer Liqasının 28-ci turunda “Krasnodar”la görüşdə zədələnən təcrübəli futbolçunun Bakıda meydana çıxa biləcəyi ethimal edilir.

 

O, yerli mətbuata açıqlamasında həm özünü yaxşı hiss etdiyini bildirib, həm də Konfrans Liqasının ikinci təsnifat mərhələsində “Keşlə”yə qalib gəldikləri matçla bağlı danışıb:

 

"Qələbə qazandığımıza görə razıyıq. Əla nəticə idi. “Keşlə”yə qarşı ikinci oyunda da belə mübarizə aparacağıq. Rəqib bizi öz meydanında qəbul edəcək. Bizə asan olmayacaq. Konsentrasiyanı qoruyub-saxlamaq, addım-addım irəliləmək lazımdı.

 

Özümü çox yaxşı hiss edirəm. Düşünürəm ki, qarşıdakı oyunda oynaya bilərəm. Həmin gün necə məşq edəcəyimdən çox şey asılıdır. Ancaq mən özümü hazır hesab edirəm”.

 

Xatırladaq ki, 32 yaşlı futbolçu həm Braziliya, həm də Rusiya vətəndaşlığına sahibdi. 

Xəbər xətti