Ozan Can Kökçünün komandası qələbə qazandı

13:22 - 25 Sentyabr 2021

Niderland 1-ci liqasında 8-ci turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, Azərbaycan millisinin keçmiş üzvü Ozan Can Kökçünün şərəfini qoruduğu "Telstar" öz meydanında "Yonq AZ Alkmar"ı qəbul edib. Qarşılaşma ev sahiblərinin 1:0 hesablı qələbəsiylə başa çatıb.

 

Kökçü bu oyunda meydana çıxmayıb. O, görüşü sonadək ehtiyat oyunçular skamyasından izləyib.

 

8 turdan sonra 9 xal toplayan "Telstar" turnir cədvəlinin 15-ci pilləsindədi.

Xəbər xətti