İngiltərə millisinin baş məşqçisinın müqaviləsi uzadıldı

İngiltərə milli komandasının baş məşqçisi Qaret Sautqeytin müqaviləsinin müddəti uzadılıb.

 

Sportal.az İngiltərə Futbol Assosiasiyasının rəsmi saytına istinadən xəbər verir ki, 51 yaşlı mütəxəssislə 2024-cü ilin sonunadək nəzərdə tutulan yeni sözləşmə imzalanıb.

 

Qeyd edək ki, Qaret Sautqeyt 2016-cı ilin noyabr ayından İngiltərə millisini çalışdırır. İngilislər onun rəhbərliyi altında DÇ-2018-də yarımfinal, AÇ-2020-də isə final oynayıblar.

Tarix: 22 Noyabr [16:27]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
29 Yanvar 2022
28  Yanvar 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio