"Səbail"də növbəti ayrılıq

Dünən baş məşqçi Aftandil Hacıyevlə yollarını ayıran "Səbail"də daha bir ayrılıq baş verib.


Sportal.az saytının məlumatına görə, müdafiəçi Adil Nağıyev paytaxt klubunu tərk edib. 27 yaşlı müdafiəçi "dənizçilər"lə başa çatan müqaviləsini yeniləməyib.


Adil Nağıyev 2019-cu ilin yayından "Səbail"də çıxış edirdi. Təcrübəli mərkəz müdafiəçisi cari mövsümdə Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 27 oyunda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Tarix: 24 May [16:30]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
28  İyun 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio