Avroliqanın qalibi 29 yaşında karyerasını bitirdi

Almaniyanın "Ayntraxt" klubunun kapitanı Martin Hinteregger karyerasını başa vurub.

 

Sportal.az xəbər verir ki, avstriyalı mərkəz müdafiəçisi 29 yaşında peşəkar futbolla vidalaşıb. Bu barədə Frankfurt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

 

Hintereggerin karyerasını belə tez başa vurmasının səbəbi klub rəhbərliyi ilə arasında olan problemlər göstərilir.

 

Qeyd edək ki, təcrübəli futbolçu başa çatan mövsümdə "Ayntraxt"la Avropa Liqasının qalibi olub.

Tarix: 23 İyun [17:47]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
9 Avqust 2022
8  Avqust 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio