Braziliya millisinin üzvü "Arsenal"da oynaya bilər

17:57 - 27 İyun 2022

"Lids"in futbolçusu Rafinya komandasını dəyişməyə hazırlaşır.

Sportal.az "The Mirror"a istinadən xəbər verir ki, "Barselona" braziliyalını israrla heyətində görmək istəyir.

Ancaq Kataloniya təmsilçisi futbolçu üçün "Lids"in istədiyi məbləği ödəyə bilmir.

Futbolçunu istəyən digər komanda "Arsenal"dı. Artıq London klubunun rəhbərliyi yarımmüdafiəçi üçün danışıqlara başlayıb. "Lids" futbolçusu üçün 75,6 milyon avro tələb edir. "Topçular" isə 60 milyon ödəməyə hazır olduğunu qarşı tərəfə bildirib. 

 

Xəbər xətti