"Bavariya"nın ən yaxşısı açıqlandı

18:10 - 28 İyun 2022

Almaniyanın "Bavariya" klubunda 2021/2022 mövsümünün ən yaxşı oyunçusu müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, başa çatan mövsümün ən yaxşısı adına münhenlilərin hücumçusu Tomas Müller layiq görülüb. Bu barədə Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

 

33 yaşlı futbolçunu Camal Musiala izləyib. 35 qolla Almaniya çempionatınnı bombardiri olan Robert Levandovski isə üçüncü olub.

 

Qeyd edək ki, Tomas Müller son mövsümdə "Bavariya"nın heyətində bütün turnirlərdə meydana çıxdığı 45 oyunda 13 qol və 25 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti