"Fənərbaxça"dan 6 qol buraxan komandanın baş məşqçisi qovuldu

16:19 - 16 Avqust 2022

Türkiyə Super Liqasında 2022/2023 mövsümünün ilk baş məşqçi istefası gerçəkləşib.

 

Sportal.az xəbər verir ki, "Kasımpaşa" Sami Uğurlunun vəzifəsinə son verib. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

 

İstanbul təmsilçisinin yaxın zamanda rəsmi açıqlama verəcəyi bildirilir.

 

Qeyd edək ki, "Kaımpaşa" Super Liqanın ilk turunda "Başakşehir"ə 0:4, II turda isə "Fənərbaxça"ya 0:6 hesabı ilə məğlub olub.

Xəbər xətti