Polşada "Diskoboliya" və "Poloniya" klublarının formalarını geyinmiş Azərbaycan millisinin sabiq üzvü Saşa Yunisoğlu Sportal.az saytına açıqlama verib.
Millimizin veteran müdafiəçisi yenidən Polşaya qayıdan və "Rakuv"la anlaşan Mahir Emreli haqda danışıb:
"Mahirin "Rakuv"a keçidini dəstəkləyirəm. Almaniyada bəzi problemlərə görə az-az oynayırdı və seçim etməliydi. Polşadan gələn təklifi müsbət qarşılamalı, ya da Almaniyada qalaraq baş məşqçi ilə problemləri yaşamağa davam etməliydi. Sonda Polşa seçiminin üzərində dayandı və məncə, düzgün qərar verdi. Mahir artıq çox təcrübəli futbolçudur və özü gözəl başa düşür ki, harada ona daha rahat olacaq. Polşa liqası onun üçün yad deyil, "Legiya"da oynayıb, gözəl də təsir bağışlamışdı. "Rakuv"un oyun stili Mahir üçün də çox uyğundur. Özünü orada ən yaxşı tərəfdən göstərəcək. Artıq iki oyunda start heyətində meydana çıxıb. Mahir "Rakuv"da daimi oynayarsa, millimiz üçün də xeyri olacaq. Çünki Millətlər Liqası oyunöncəsi bizə lazımdır. Ümidvaram ki, hər şey onun üçün uğurlu davam edəcək".
Mirbağırağa
saytlarin hazirlanmasi
